Müştərinin Obyektlərinin Qorunması Barədə Müqavilə

bir tərəfin daşınmaz əmlakın qorunması, obyektə kənar şəxslərin buraxılmaması, həmçinin əmlakın oğurlanmasının qarşısını almaq barədə götürdüyü öhdəliklərin əks olunduğu müqavilədir. Müştəri isə müqavilədə göstərilmiş haqqı ödəməyə borcludur.
Müştəri Hesabları
Mütəxəssis
OBASTAN VİKİ
Müqavilə
Müqavilə — hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmanın şərtlərinin qanunları. Müqavilə — İki təşkilat arasında aparılan işlərin razılığıdır. Mülki hüquqda – iki və ya bir neçə şəxsin (vətəndaşların və ya hüquqi şəxslərin) mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş saziş. İştirakçıların sayından asılı olaraq müqavilə ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız öhdəlik yarandıqda müqavilə birtərəfli (məs. Borc müqaviləsi), hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı halda müqavilə ikitərəfli (məs. Alqı-satqı müqaviləsi, daşınma müqaviləsi) adlanır. Alqı-satqı- əmtəələrin (xidmətlərin) alqı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təssərüfat əlaqələri formalarından biridir. Azərbaycan kommersantları üçün alqı-satqı müqavilələrinin həyata keçirilməsinın normativ bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Alqı-satqı müqaviləsi öhdəlik hüququ yarımsahəsinin ən geniş hüquq tənzimlənməyə məruz qalan müqavilələrindən biridir.
Fertillik Qorunması
Fertillik (münbitlik) bir qadının hamilə qala bilməsi üçün tibbi şərtdir. Xərçəng müalicəsinin bəzi növləri qadınlar sonradan hamilə qalmasına çətinləşdirə bilər. "Fertillik qorunması", xərçəng müalicəsindən əvvəl və ya xərçəng müalicəsi zamanı qadının gələcəkdə hamilə qalma şansını artırmaq üçün görülən təbirlərdir. Fertillik üçün problem yarada bilən xərçəng müalicələrinə aşağıdakilar daxildir: Cərrahi müalicə — uşaqlığı və/ və ya yumurtalıqları çıxarılması; Radioterapiya — çanaq nahiyəsində yüksək dozada şüa mualicəsi; Kimyaterapiya -xərçəng hüceyrələri öldürmək məksədilə dərmanların işlədilməsi. Kimyaterapiya və radiasiya yumurtalıqlara zərər vuraraq, tərkibində olan yumurta hücrələrini məhv edə bilər. Nəticədə, qadının aybaşı sikli düzənsiz və ya tam kəsilə bilər. Kimya- və ya radioterapiya ilə mualicə olunmuş hər kəsdə fertillik problemləri olmur. Kimyaterapiyada, bu hansı dərmanların işlədilməsindən və onların dozasından asılıdır. Radioterpiyada da hər şey doza və bədən nahiyyəsinə bağlıdır. Siz xərçəng müalicəsi başlamaqdan əvvəl həkiminizə gələcək planlarınızı bildirməlisiz!
Heyvanların qorunması
Dənizdə yaşayan heyvanlar üçün qitələr, qitələrdə yaşayanlar üçün isə dənizlər keçilməz coğrafi sədlərdir. İlk su heyvanı (xərçəng, balıq və s.) quruya çıxarıldıqda tələf olur, ilk quru heyvanları isə (kərtənkələ, quş, ceyran və s.) suyun altında uzun müddət qala bilməz. Soyuq iqlimdə yaşayan ağ ayı və pinqvin mülayim və isti iqlimə dözə bilmir. Eyni coğrafi ərazi daxilində hər bir bioloji növ özünün təkamül prosesində müəyyən yaşama şəraitinə uyğunlaşmışdır. Elə bir növ yoxdur ki, o hər cür ekoloji şəraitdə yaşaya bilsin. Ağacdələn, sincab və s. meşə heyvanı səhrada yaşaya bilməz, dəvə və sünbülqıran kimi səhra heyvanı da meşədə ola bilməz. Ceyran düzənlik heyvanıdır, o, dağda bərk qaçıb özünü qoruya bilmir, amma dağ keçisi üçün sıldırım qayalıqlar ən yaxşı yaşama yeridir. Hər bir heyvanın davranışı başqasından fərqli olur. Onlar özünəməxsus təbii komplekslər (birliklər) əmələ gətirməyə cəhd edir.
Təbiətin qorunması
Təbiətin qorunması – ölkənin təbii ehtiyatların qorunmasını, yaxşılaşdırmasını və rasional istifadəsini təmin edən, eləcə də ətraf mühitə mənfi antropogen təsirinin azaldılmasına yönələn hər bir təsərüfat fəaliyyətidir Sənaye müəssisələri və əmək kollektivləri təbiətiqoruyucu tədbirlərin keçirilməsində, eləcə də təbiətdən rasional istifadə etməkdə maraqlı deyillər. Çünki bu, əlavə xərclərin artmasına, yeni avadanlıqların tətbiq edilməsinə yol açır. Onların başlıca məqsədi istehsalın və gəlirlərin artırılmasıdır Təbiətin qorunmasına yönəlmiş tədbirlər çoxdur, ancaq onları əsasən 3 qrupa bölmək olar: Birməqsədlilər. Onların məqsədi çevrəmizin sənaye kirlənməsinin azaldılması, ya da tamam ortalıqdan qaldırılmasıdır. Bu kimi tətbirlərin təbiətiqoruyucu effekti müəssisələrdə standartauyğun təbiəti qoruyan texnikanın quraşdırılması; yeni təmizləmə üsullarının kəşfi və işə salınması; kirlənmə dərəcəsini azaldan texnologiyalarda bəlli yeniliklərin tətbiq edilməsidir. Ehtiyatlara qənaət edənlər. Bunların məqsədi enerji, yanacaq və xammal ehtiyatlarını qənaətlə istifadə edilməsindədir. Bu da istehsalatda enerji və xammalın işlənmə miqdarının azaldılması, onların nəql edilməsi və saxlanması zamanı itkilərin azaldılması yolu ilə edilir. Çoxməqsədlilər. Bunların da məqsədi təbiətiqoruma tətbirləri ilə birlikdə sənaye məhsullarının keyfiyyətlərinin artırılması; təbii ehtiyatlarının, fəhlə gücündən, texnoloji avadanlıqdan və maddi istehsalın başqa elementlərdən istifadənin yaxşılaşdırılmasıdır.
Beynəlxalq müqavilə
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Müqavilə nəzəriyyəsi
Müqavilə nəzəriyyəsi (ing. Contract theory) — müasir iqtisadi nəzəriyyənin (bir qayda olaraq) asimmetrik məlumat şəraitində iqtisadi subyektlər tərəfindən müqavilə parametrlərinin müəyyənləşdirilməsini nəzərdən keçirən bölməsi. Müqavilə nəzəriyyəsi mikroiqtisadiyyatındakı standart təcrübə müəyyən ədədi kommunal strukturlar üçün qərar qəbul edən şəxsin davranışını təmsil etmək və daha sonra optimal qərarları təyin etmək üçün optimallaşdırma alqoritmi tətbiq etməkdir. Bu prosedur, mənəvi təhlükə, mənfi seçim və siqnal kimi təyin olunan bir neçə tipik vəziyyət üçün müqavilə nəzəriyyəsi çərçivəsində istifadə edilmişdir. Bu modellərin mahiyyəti, agentləri sığorta müqaviləsi altında da uyğun hərəkətlərə vadar etmək üçün nəzəri yolları tapmaqdır. Bu model ailəsi ilə əldə edilən əsas nəticələrə aşağıdakılar daxildir: əsas və agentin faydalı quruluşunun riyazi xüsusiyyətləri, fərziyyələrin rahatlaması və müqavilə əlaqələrinin müvəqqəti quruluşundakı dəyişikliklər və digərləri. Gözlənilən fayda nəzəriyyəsinə uyğun olaraq bəzi fon Neymann-Morgenştern kommunal funksiyalarının maksimumlaşdırıcıları kimi insanları modelləşdirmək adətdir. Əxlaqi təhlükə modellərində məlumat asimmetriyası, agentin bir agentin hərəkətlərini müşahidə edə və ya yoxlaya bilməməsidir. Müşahidə oluna bilən və yoxlanıla bilən məhsuldan asılı olan nəticələrə əsaslanan müqavilələr çox vaxt agentin əsas şəxsin mənafeyi naminə hərəkət etməsi üçün stimul yaratmaq üçün istifadə edilə bilər. Bununla birlikdə, agentlər riskə qarşı olduqda, bu cür müqavilələr yalnız ikinci səviyyədən daha aşağı olur, çünki stimullar tam sığortanı istisna edir .
Sosial müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
Türkmənçay (müqavilə)
Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمانچای) — Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistanın ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi. Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf Əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlər ilə razılaşmasa, Çar qoşunları Tehranı tutacaqdır. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması nəticəsində Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını başa çatdırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olmaqla, bir də 1991-ci ildə müstəqil oldu.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
Tarix qavramı barədə tezislər
Tarix qavramı barədə tezislər — Alman-yəhudi filosof Valter Benyaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Azərbaycan irsinin qorunması
Azərbaycan irsinin qorunması — Azərbaycanın təbii və mədəni irsinin ölkə və beynəlxalq səviyyədə qorunması. Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar yaradılmışdır. Xüsusi mühafizə olunan təbiət əraziləri — xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri — elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır: bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi; sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması; xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; beynəlxalq əməkdaşlıq. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur. Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir.
Qadınların hüquqlarının qorunması
Qadınların hüquqlarının qorunması (ing. A Vindication of the Rights of Woman: with Strictures on Political and Moral Subjects 1792) — feminist fəlsəfənin ilk əsərlərindən biri olan XVIII əsrin İngilis feministi Meri Uolstonkraftın ən məşhur kitabı. Bu kitabda Uolstonkraft, qadınların təhsil almamalı olduğuna inanan on səkkizinci əsr təhsil və siyasi nəzəriyyəçiləri ilə polemikaya girir. O, qadınların cəmiyyətdəki mövqelərinə uyğun bir təhsil almalı olduqlarını, uşaqları böyüdükləri üçün millət üçün vacib olduqlarını və bu səbəbdən ərləri üçün “yoldaş” ola bildiklərini, yalnız arvadların deyil ”deyə mübahisələndirdi. Uolstonkraft, qadınları cəmiyyətin bəzəyi və ya evlilikdə alınıb-satıla bilən mülk olaraq görməkdənsə, kişilərlə eyni təməl haqlara layiq insan olduqlarını iddia edir. Uolstonkraft, Şarl Moris de Taleyran-Periqorun Fransa Milli Məclisinə qadınların yalnız evdə təhsil almaları lazım olduğunu söyləyən 1791-ci il tarixli hesabatını oxuduqdan sonra “Qadınların Hüquqlarını Müdafiəsi” yazmağa qərar verdi. bu hadisə ilə bağlı şərhlərini cinslərdəki ikili standartların geniş tənqidinə başlamaq və kişilərin qadınların həddindən artıq emosional olduğu görüşünü təbliğ etməkdə günahlandırmaq üçün istifadə etdi. Uolstonkraft baş verən hadisələrə birbaşa reaksiya göstərmək üçün əsərlərini tələsik yazdı; daha düşünülmüş ikinci cild yazmaq niyyətində idi, lakin tamamlanmadan vəfat etmişdir. Sapiro, Virginia. A Vindication of Political Virtue: The Political Theory of Mary Wollstonecraft.
Sağlamlığın qorunması hüququ
Sağlamlığın qorunması hüququ — tibbi xidmət hüququ (Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin termini) və ya fiziki və psixi sağlamlığın əldə edilə bilən ən yüksək standartı hüququ (İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın termini). İkinci nəsil insan hüquqlarından biridir. Bu hüquq Avropa Sosial Xartiyasında da təsbit edilmişdir (Maddə 11). Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyası müəyyən edir: “Sağlamlıq təkcə xəstəliyin və ya əlilliyin olmaması deyil, tam fiziki, əqli və sosial rifah vəziyyətidir”. Konstitusiyada əldə edilə bilən ən yüksək imkanlardan istifadə elan edilir. Sağlamlıq standartı hər bir insanın əsas hüquqlarından biri olması bildirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində (BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı Qətnaməsi ilə qəbul edilmişdir) deyilir: “Hər kəsin özünün və ailəsinin sağlamlığı və rifahı üçün zəruri sosial xidmətlər, qida, geyim, mənzil, tibbi xidmət və tibbi xidmətə adekvat həyat səviyyəsi hüququ vardır. ”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsas hüquqlara dair ilk beynəlxalq paktdır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pilley yazıb ki, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə “bütün insan hüquqlarının – mülki, siyasi, iqtisadi, sosial və ya mədəni – bölünməz və üzvi bir bütöv, bölünməz və bir-birindən asılı olaraq nəzərə alınmasını tələb edən konsepsiyanı gücləndirir”.
Mərkəzi Müqavilə Təşkilatı
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Xarici Kosmik Müqavilə
Xarici Kosmos Müqaviləsi, rəsmi adı ilə Ay və digər Göy cisimləri daxil olmaqla, Kosmosun Kəşfi və İstifadəsində Dövlətlərin Fəaliyyətlərini İdarəetmə Prinsipləri Müqaviləsi — beynəlxalq kosmik hüququn əsasını təşkil edən müqavilədir. 27 yanvar 1967-ci ildə ABŞ, İngiltərə və Sovet İttifaqında imzalanması üçün açılan müqavilə, 10 oktyabr 1967-ci ildə qüvvəyə minmişdit. 2015-ci ilin sentyabr ayına kimi konvensiyaya 104 ölkə qoşulub. 24 ölkə müqaviləni imzalamış, lakin təsdiqləmə işlərini bitirməmişdir. Müqavilənin bəzi maddələri Xarici Kosmosun kəşfi və istismarı bütün ölkələrin maraqları və mənafeləri nəzərə alınmaqla həyata keçirilir. Bütün ölkələr Xarici Kosmosun tədqiqində və istifadəsində sərbəstdirlər. Xarici Kosmosa qarşı suverenlik, işğal və buna bənzər heç bir iddia ilə çıxış edilə bilməz. Dövlətlər nə orbitə, nə də xarici kosmosdakı göy cisimlərinə və ya stansiyalarına; nüvə silahlarını və ya digər kütləvi qırğın silahlarını yerləşdirə bilməzlər. Yerin peyki Ay və digər göy cisimləri yalnız dinc məqsədlər üçün istifadə edilə bilər. Dövlətlər, milli kosmik fəaliyyətlərdən və bu fəaliyyətlər zamanı verdikləri zərərlərə görə məsuliyyət daşıyırlar Eyni prinsiplərə uyğun olaraq hazırlanan “Ay müqaviləsi”nin 11-ci maddəsində Ay və digər səma cisimlərinin Bəşəriyyətin ortaq mirası olduğu və Ayın səthində mülk iddiaları edilə bilinməyəcəyi açıq şəkildə bildirilmişdir.
Beynəlxalq müqavilə hüququ
= Beynəlxalq müqavilə hüququ = Beynəlxalq müqavilələr hüququ — beynəlxalq hüququn alt sahəsi olaraq, beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi, ləğvi, şərhi və icrası sahəsində beynəlxalq hüququn subyektlərinin hüquqi münasibətlərini tənzimləyən qaydalar məcmusudur. Hazırda bu hüquq 1969-cu il Müqavilələr Hüququ üzrə Vyana Konvensiyası ilə tənzimlənir. == Beynəlxalq müqavilələrin tarixi == Beynəlxalq müqavilələr ilkin formada hələ qədim zamanlardan bağlanırdı. İlk beynəlxalq müqavilə qədim Mesopotamiyanın Laqaş və Umma şəhərləri arasındakı sərhədlərin müəyyən edilməsinə dair razılaşma hesab olunur. Onun yerinə yetirilməsi tanrılara and içməklə təmin edilirdi. İlk yazılı beynəlxalq müqavilələrdən biri bu dövlətlər arasında sülhü bərqərar edən və Misirlə Xet dövlətinin sonrakı birləşməsi üçün əsas olan Misir-Hit müqaviləsidir. Lakin bu müqavilənin müasir beynəlxalq müqavilələr ideyası ilə heç bir ortaqlığı yox idi. Beynəlxalq müqavilə haqqında müasir anlayışın formalaşması üçün daha mühüm mərhələ Otuz illik müharibənin nəticələrindən sonra 1648-ci ildə Vestfaliya Sülhünün bağlanması oldu. Bu müqavilə o dövrün Avropa dövlətləri arasında beynəlxalq hüquqi müqavilə münasibətlərinin əsaslarını yaratmış, eyni zamanda dövlətlər, beynəlxalq təşkilatlar və beynəlxalq hüququn bəzi digər subyektləri arasında münasibətləri tənzimləyən qaydalar sistemi kimi beynəlxalq hüququn əsaslarını qoymuşdur. Bu müqavilə əsasında beynəlxalq müqavilələrin növbəti hüququ quruldu.
Kütləvi kitabxanaların maraqlarının qorunması
Kütləvi kitabxanaların maraqlarının qorunması — ictimai kitabxanaya maliyyə və fəlsəfi məqsədlərinə və ya ehtiyaclarına nail olmaq üçün verilən dəstəkdir. Çox vaxt bu, kitabxanaya nəzarət edən qurumlara pul və ya maddi ianələr və ya kampaniyalar şəklində olur. Kitabxana təbliğatı əvvəlcə kitabxananın özünə yönəlmişdi, lakin mövcud tendensiyalar göstərir ki, kitabxanalar “ictimaiyyətə iqtisadi dəyər” gətirdiklərini nümayiş etdirmək üçün özlərini yerləşdirirlər. Məktub yazma kampaniyaları ilk növbədə qanunvericiləri, kitabxanaçıları və vətəndaşları ictimai kitabxana qərarlarının nəticələri haqqında məlumatlandırmaq və kitabxana ilə bağlı ideyaları təşviq etmək üçün nəzərdə tutulub. Məktub yazmaq ictimai kitabxana müdafiəçiləri arasında dəyərli ünsiyyət forması olmuşdur. Vaxtında yazılmış əlyazma e-poçt və ya strateji olaraq göndərilən məktub seçilmiş məmurların və kütlələrin qərarlarına təsir etmək üçün istifadə edilən güclü mexanizm ola bilər. Məktublar praktikdir, çünki onlar bir çox insana paylana bilər və mühüm yığıncaqlarda və ya mitinqlərdə iştirak edə bilməyən ictimai kitabxana müdafiəçiləri üçün nümayəndə kimi xidmət edə bilər. Kitabxanaların xeyrinə kütləvi nümayişlər çox vaxt mitinqlər, etirazlar və tətil oxunuşları formasında keçir. Kütləvi kitabxanalara dəstək aksiyaları adətən insanları bir araya gətirmək və ictimai kitabxanaların üzləşdiyi problemlərə diqqəti cəlb etmək məqsədi daşıyan müsbət tədbirlərdir. Onlar adətən peşəkar kitabxanaçılar və ya Amerika Kitabxana Assosiasiyası kimi təşkilatlar tərəfindən təşkil edilir.
Torpağın Eroziyadan Qorunması (1973)
Alimlərimiz torpağın eroziyasının qarşısını almaq üçün geniş elmi-tədqiqat işləri aparırlar. Bunun üçün müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Elmi-kütləvi filmdə bu haqda söhbət gedir. Çəkilişlər Azərbaycanın bir çox yerlərində, Qafqaz dağlarının 3600 metr hündürlüyündə, çəmənliklərdə və eroziya nəticəsində zay olmuş sahələrdə aparılmışdır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Vladimir İvçenko, Xəlil Mustafayev Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Avropa Birliyi haqqında Müqavilə
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Mədəni irsin qorunması və bərpası
Mədəni irsin qorunması və bərpası — Mədəni sərvətlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və tarixi binaların xarab olmuş hissələrinin daha çox məhv olmasının qarşısını almaq üçün orijinallarına uyğun olaraq bərpa edilməsi məqsədilə aparılan işlərin məcmusudur. Ümumiyyətlə, dəqiqləşdirmə və sənədləşmə kimi ilkin mərhələlərdən əlavə düzəliş və qoruma kimi prosesləri də əhatə edir. Muzeyşünaslıq sahəsi olan və sənət tarixi ilə işləyən bu peşə, memarlığın magistr və doktorantura proqramlarına daxil olan və mülki və monumental daşınmaz əmlakın təmir metod və üsullarını göstərir.
Pambığın yanğından qorunması (film, 1991)
Torpağın eroziyadan qorunması (film, 1973)
Alimlərimiz torpağın eroziyasının qarşısını almaq üçün geniş elmi-tədqiqat işləri aparırlar. Bunun üçün müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Elmi-kütləvi filmdə bu haqda söhbət gedir. Çəkilişlər Azərbaycanın bir çox yerlərində, Qafqaz dağlarının 3600 metr hündürlüyündə, çəmənliklərdə və eroziya nəticəsində zay olmuş sahələrdə aparılmışdır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Vladimir İvçenko, Xəlil Mustafayev Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Əkin bitkilərinin qorunması (film, 1953)
Silah Ticarəti üzrə Beynəlxalq Müqavilə
Silah Ticarəti üzrə Beynəlxalq Müqavilə (STBM, ing. Arms Trade Treaty, ATT) — dövriyyəsi xüsusi konvensiyaya uyğun olaraq məhdudlaşdırılmış beynəlxalq silah ticarətini tənzimləyən çoxtərəfli beynəlxalq müqavilə; müqavilə dünyada qanunsuz silah ticarəti qarşısını almaq üçün hazırlanmışdır (bəzi təxminlərə görə, beynəlxalq silah ticarətinin həcmi ildə 70 milyard dollara çatır). Sənəd, şərti silahların ixracı üçün yeni standartlar, o cümlədən embarqo və sanksiyalara zidd olaraq adi silahların ixracının qadağan edilməsi ilə yanaşı, soyqırımı, insanlığa qarşı cinayətlər, hərbi cinayətlər və terror hücumları. May 1997-ci ildə Kosta Rika Prezidenti Oskar Sançes Arias, Dalay Lama, Lex Valesanın da daxil olduğu bir qrup Nobel Mükafatı laureatı ilk dəfə qlobal silah ticarəti müqaviləsinin qəbul edilməsinə başladı. Nobelistlər, tənzimlənməmiş silah ticarətinin dağıdıcı təsiri ilə bağlı narahatlıqlarını dilə gətirdilər və "Silah Transferlərinə dair Beynəlxalq Davranış Kodeksi" nin qəbul edilməsini təklif etdilər. XX əsrin sonunda bu təşəbbüs lazımi dəstəyi toplaya bilməsə də, məcəllədə BMT Baş Assambleyasının 2013-cü ilin aprelində səs verdiyi çox şey yer alırdı: insan hüquqları və humanitar hüquqla bağlı beynəlxalq normalara uyğunluq; BMT-nin adi silahlar reyestrində məcburi iştirak; regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün öhdəliklər.